Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 12:12
Bakı. Samir Əli - Trend:
Trend İnformasiya Agentliyinin baş redaktoru Rufiz Hafizoğlunun vəziyyəti ağır olaraq qalır.
Bunu Trend-ə baş redaktorun yerləşdirdiyi klinikanın müalicə həkimi bildirib.
Məlumatda qeyd edilir ki, Rufiz Hafizoğlunun hazırda təziyiq və hərarəti normaldır: "Ciyərlər hələ ki fəaliyyətini bərpa etməyib. Saturasiya 55 faiz oksigenlə 96 faizdir. Müalicəsi intensiv davam etdirilir, vəziyyəti klinik olaraq ağır qiymətləndirilir".
Xatırladaq ki, R. Hafizoğlu bir müddət əvvəl koronavirusa yoluxub. Vəziyyəti ağırlaşan baş redkator "Yeni Klinika"ya yerləşdirilib.