Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 15:36
Bakı. Trend:
Yerevandakı Respublika meydanında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçıları dekabrın 24-də hökumət evinə gedən yolu bağlayıblar.
Trend xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyinin bölmələri paytaxt Yerevanda hökumət evinə gedən yolda canlı sədd qurublar.
Meydandan hökumət evinə ən qısa yol Melik Adamyan küçəsindən keçir və nazirliyin bölmələri bu yolu müxalifət üçün bağlayıb.
Müxalifət qüvvələri Nazirlər Kabinetinin işini dayandırmağa, baş nazir Nikol Paşinyanı təcili istefa verməyə çağırıblar.
N.Paşinyan isə hələlik istefa vermək fikrində olmadığını bildirib.