Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 02:32
Fransada COVID-19 infeksiyasına qarşı ilk peyvəndləmə dekabrın 27-də bir neçə qocalar evində başlayacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Fransa səhiyyə naziri Olivye Veran məlumat verib.
Koronavirus əleyhinə Pfizer-BioNTech peyvəndi əvvəlcə Paris və Burqony-Franş-Komte (Bourgogne-Franche-Comte) regionunda bir neçə qocalar evində tətbiq ediləcək. COVID-19 əleyhinə peyvəndləmənin məcburi xarakter daşımadığı diqqətə çatdırılıb. Fransada koronavirusa qarşı peyvəndləmə kampaniyasının bir neçə mərhələdə aparılacağı bildirilib.
Avropa Dərman Agentliyi (AEM) artıq türk əsilli Uğur Şahin və Özlem Türeci tərəfindən hazırlanmış Pfizer-BioNTech peyvəndinin istifadəsinə icazə verib.
İngiltərədə virusun yeni mutasiyası nəticəsində yaranmış ştamma qarşı bu peyvəndin səmərəsiz olmasına dair dəlil yoxdur.