Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 11:26
Bakı. İlhamə İsabalayeva - Trend:
Bəzən belə fikirlər səslənir ki, AzTV-də işçilərin maaş və qonararı kəsilir, bu, belə deyil.
Trend-in məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.
Onun sözlərinə görə, işçilərin maaş və qonararının artırılması üçün iş aparılır. Yalnız 2019-20-ci illərdə 4 milyondan çox vəsait maaş və qonararlara əlavə edillib:
“Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti ilk gündən ictimaiyyətin üzünə açıqdır. Biz medianın üzərinə açığıq. Əgər AzTV ilə bağlı hər hansı məlumat paylaşmaq istəyirsinizsə, biz buna açığıq. AzTV ilə bağlı məlumatlar yayıldıqda bizim fikrimizin də nəzərə alınması çox vacibdir”,