Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 12:36
Türkiyənin "Erzurumspor" klubunun yeni baş məşqçisi açıqlanıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, komanda Mesut Bakkala tapşırılıb. 56 yaşlı mütəxəssisin müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub. Bakkal bu vəzifədə Hüseyin Çimşiri əvəzləyib.
"Erzurumspor" Superliqada 14 oyundan sonra 9 xalla sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Bakkal bu mövsüm "Erzurumspor"a təyin edilən 4-cü baş məşqçidir. Mövsümün əvvəlində komandaya Mehmet Altıparmak rəhbərlik edib. Onun istefasından sonra Mehmet Özdileklə müqavilə imzalanıb. Dekabrın əvvəlində isə Özdileki Hüseyin Çimşir əvəzləmişdi.