Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

II Qarabağ müharibəsində iştirak edən 1560 nəfərə artıq pensiya və sosial təqaüd verilib - Nazir

II Qarabağ müharibəsində iştirak edən 1560 nəfərə artıq pensiya və sosial təqaüd verilib - Nazir

Tarix: 25 Dekabr 2020 15:39

Bakı. Elçin Mehdiyev - Trend:

Şəhid ailələrinə və müharibə əlillərinə diqqət və qayğının göstərilməsi hər zaman dövlət başçısının diqqət mərkəzindədir.

Trend-in məlumatına görə, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Nazir bildirib ki, son bir ayda 4500-dən artıq şəhid ailəsi və qaziyə baş çəkilib və onlar sosial qayğı ilə əhatə olunub.

S.Babayev deyib ki, bu il şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur və bu mənzillərin, fərdi evlərin böyük hissəsi artıq verilib.

Nazir vurğulayıb ki, ümumilikdə bü günə qədər şəhid ailələrinə və müharibə aillərinə 9000 mənzil və fərdi ev 7000 avtomobil təqdim edilib.

İkinci Qarabağ müharibəsində iştirak edən 1560 nəfərin pensiya və sosial təqaüdün təyin edilməsi artıq təmin edilib və bu iş davam etdirilir.


Etiketlər:  Qarabağ müharibəsində iştirak edən 1560 nəfərə artıq pensiya sosial təqaüd verilib Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ