Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 15:55
"Yaxın dostuma başqa müğənninin videosunu atmışdım, lağa qoymuşdum. O da məni satmışdı. Dilarə mənə arada irad bildirir. Hər gün İnstaqramda hamıya baş çəkirəm, nə edirlər, neçə saat əvvəl paylaşıblara kimi baxıram. Bir də rəyləri oxuyuram. Bizim ağlımıza gəlməyənləri rəydən oxuyub bilirəm".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Xatun Əliyeva "Xəbər-ətər" proqramında deyib. Sənətçi bütün həmklarlarını İnstaqramda izlədiyini etiraf edib. O bildirib hamıya yazılan şərhlər onun üçün maraqlıdır.
Xatun həmkarlarına səslənərək, övladlarını gündəmdən uzaq tutmalarını deyib:
"Sənət adamlarının üstünə gedəndə pis nəticələnir. İlhamə Quliyeva, Anar Nağılbazda görmüşük bunları. Elə xəbər yayılar ki, övladımız travma alar. Məncə övladlarımızı sosial şəbəkədən kənar saxlamalıyıq, qorumalıyıq. Özümüzü sosial şəbəkədən qoruya bilmərik. Övladımızı efirdən, sosial şəbəkədən qorumağa gücümüz çatır. Özümüzü biabır edirsiniz, balalarımızı etməyin. Müğənnilərə səslənirəm ki, uşaqlarınızı sosial şəbəkədən qoruyun. Düşmən insanı gəlib hər yerdən vura bilər".