Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''ADY Express'' onlayn ödəmə sistemini tətbiq edib

''ADY Express'' onlayn ödəmə sistemini tətbiq edib

Tarix: 25 Dekabr 2020 20:56

Bakı. Sədrəddin Ağcayev - Trend:

"Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə şirkəti "ADY Express" MMC Azərbaycanda rəqəmsal texnologiyaların inkişafı ilə əlaqədar yeni onlayn xidmət növünü təqdim edib.

"ADY Express"dən Trend-ə bildiriblər ki, sifarişlərin onlayn ödənişi xidməti artıq işə salınıb:

"İndi müştərilər öz sifarişlərinin ödənişi üçün onlayn ödəmə xidmətindən istifadə edə bilərlər. Beləliklə, müştərilər bank xidmətlərindən yararlanmaq zərurətini minimua endirəcək. Onlayn ödəmə sisemini tətbiq etməklə "ADY Express" öz müştərilərinin maksimal rahatlığı üçün rəqəmsal texnologiyalar sahəsində xidmətlər spektrini genişləndirir"

Qeyd edək ki, sifariş təsdiq olunduqdan sonra müştərinin şəxsi kabinetində ödəməni kart vasitəsilə həyata keçirmək imkanı yaranır. Onlayn ödəmələrdə bank köçürmələrindən fərqli olaraq ödəniş dərhal həyata keçirilir.


Etiketlər:  Express onlayn ödəmə sistemini tətbiq edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ