Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 23:52
23:50
Xəbər verdiyimiz kimi, "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanının çökməsi nəticəsində Videomateriallar şöbəsinin texniki işçisi 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev həlak olub.
--------
22:10
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.
Qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Sonxeber.net-a verilən məlumata görə, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb, nəticədə bir əməkdaş xəsarət alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Dağıntılar altında qalan əməkdaşın çıxarılması istiqamətində iş aparılır.