Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mingəçevirdə yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Mingəçevirdə yaşayış binasında yanğın olub,  2 nəfər tüstüdən zəhərlənib

Tarix: 26 Dekabr 2020 07:32

Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 47 m² olan mənzildə tavan (lambirdən ibarət) 5 m² sahədə və ev əşyaları yanıb.

Bu barədə Sonxeber.net Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə yanğınsöndürənlər tərəfindən xilas edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Etiketlər:  Mingəçevirdə yaşayış binasında yanğın olub nəfər tüstüdən zəhərlənib


RƏYLƏR