Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tottenhem"in əsas transfer hədəfi

Tarix: 26 Dekabr 2020 08:08

"Tottenhem" "Leyptsiq"in yarımmüdafiəçisi Marsel Zabitzerlə maraqlanır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubunun baş məşqçisi Joze Mourinyo yarımmüdafiəni avstriyalı oyunçu ilə gücləndirmək istəyir. "Tottenhem" 26 yaşlı futbolçunu yanvar ayında açılacaq qış transfer pəncərəsi üçün əsas hədəf olaraq görür. Bildirilir ki, bu transfer London klubuna 45 milyon funt-sterlinqə başa gələ bilər.

Qeyd edək ki, Zabitzer bu mövsüm 16 oyunda 3 qol vurub, eyni sayda qolun ötürməsini verib.

Milli.Az


Etiketlər:  Tottenhemin əsas transfer hədəfi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ