Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İmmuniteti gücləndirən dərman varmı?- Mütəxəssisdən AÇIQLAMA

İmmuniteti gücləndirən dərman varmı?- Mütəxəssisdən AÇIQLAMA

Tarix: 27 Dekabr 2020 19:15

""Doktor, bizim uşağımıza immunitetini gücləndirmək üçün müalicə yazın". "Doktor, heç olmasa vitaminlər filan təyin edin". Qəbuluma ilk dəfə gələn valideynlərin müraciətləri bu şəkildə olur".

Sonxeber.net e-tibb.az-a istinadən bildirir ki, bunu pediatr-infeksionist Həmid Hacıağayev açıqlayıb. O cür dərmanlar təyin etmədiyni vurğulayan həkim bildirib ki, çünki bütün dünyada elə bir dərman yoxdur: "Siz doğrudan da düşünürsünüz ki, immuniteti gücləndirən möcüzəvi dərman var, lakin həkim onu Sizdən gizlədir? Yaxud həkimin heç o cür dərmandan xəbəri yoxdur? Vitaminlərə gəldikdə isə, onlar yalnız orqanizmdə az olduğu zaman təyin edilirlər. Bunu isə anamnezə (simptom və kliniki təzahürlərə) və laborator müayinələrin cavabına uyğun olaraq təyin edirik".

Mütəxəssis qeyd edib ki, immunitet keçirilmiş yoluxucu xəstəliklərin fonunda əmələ gəlir: "Təbii ki, uşaq körpə ikən və xəstə uşaqlarla və ümumiyyətlə, insanlarla təmasda olmadığı müddətcə daha az xəstələnir. Bağça və məktəbə getməyə başlayandan sonra daha da çox xəstələnəcək. Və bu, normaldır. Əgər övladınıza yardım etmək istəyirsinizsə:

1. Onu sağlam qida ilə bəsləyin

2. Təmiz havada çox gəzdirin

3. Yuxu problemlərini aradan qaldırın

4. Fiziki aktivliyini (idman) artırın

5. Mənəvi rahatlığını təmin edin (yanında mübahisə etməyin).

Unutmayın ki, immunitet uşağın əhval-ruhiyyəsindən və ailənin aurasından çox asılıdır. Ruhən rahat olan uşaqlar problemli ailələrin uşaqlarına nisbətdə daha sağlam olurlar.

Əgər sizə uşağınızın "immunitetini gücləndirmək" adı ilə dərmanlar təyin edirlərsə, qəbuluna getdiyiniz insanın yaxşı həkim olub-olmadığını bir daha ağlınızdan keçirin".


Etiketlər:  İmmuniteti gücləndirən dərman varmı Mütəxəssisdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ