Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Barens dənizində balıqçı gəmisi batıb, 17 nəfər itkin düşüb

Barens dənizində balıqçı gəmisi batıb, 17 nəfər itkin düşüb

Tarix: 28 Dekabr 2020 11:02

Barens dənizində balıqçıların olduğu "Oneqa" gəmisi batıb. Gəminin göyərtəsində olan 19 nəfərdən ikisi xilas edilib, 17 nəfər itkin düşüb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin açıqlamasında deyilir.

Hadisə barədə məlumat bu gün səhər saatlarında daxil olub. İlkin məlumata görə, gəmi buzlanma səbəbindən batıb.
"Ekipaj 19 nəfərdir. İki nəfər xilas edilib", - Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.

Hazırda "Voykovo" gəmisinin heyəti balıqçıların axtarışı ilə məşğuldur, hadisə yerinə əlavə üç gəmi göndərilib.


Etiketlər:  Barens dənizində balıqçı gəmisi batıb nəfər itkin düşüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ