Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 13:08
Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən bir də Rahid Sadıxov olub.
O, döyüşün ilk günlərindən düşmən postlarının ələ keçirilməsində fəal iştirak edib.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, əsgər yoldaşları ilə döyüş tapşırığına yola düşərkən düşmənin atdığı raket onların avtomobil karvanına dəyir 19 yaşlı Rahid Sadıxov şəhid olur.
Anası Sənubər Babayeva şəhid övladı ilə ancaq yuxularında danışır. Deyir, hər gün dua edir ki, bəlkə bir möcüzə olar. Amma o, yoxdur. "Bilirəm ki, iki bacının tək qardaşı olan Rahid Vətən uğrunda canından keçib" deyir.
Şəhidimizin böyük bacısı qardaşının cənnətdə olduğunu deyir. Şəhidliyin ən yüksək məqam olduğunu bildirir.
Rahid Sadıxov Saray qəsəbə Şəhidlər xiyabanında dəfn edilib. Məzarında rahat uyu qəhrəman, siz canınızdan keçdiniz ki, biz bu torpaqlarda rahat nəfəs alaq. Xalqımız sizin igidliyinizi heç bir zaman unutmayacaq.