Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 17:36
COVİD-19-a qarşı Çində hazırlanmış "Sinovac" vaksini kliniki sınaqlardan uğurlu keçdiyinə görə artıq bir çox ölkənin marağına səbəb olub.
Effektivlik
Çin "Sinovac"ın iyul ayından yüksək risk qrupları üçün istifadə olunduğunu təsdiq edib. Çinin Milli Sağlamlıq Komissiyasının rəsmisi Zheng Zhongwei bildirib ki, 1 milyondan çox insan peyvənd olunub, ciddi mənfi təsir qeydə alınmayıb.
"The New York Times" qəzetinə əsasən, İndoneziya və Türkiyə indiyədək "Sinovac" vaksininin ən yüksək effektivlik faizini qeydə alan ölkələr olub, müvafiq olaraq 97 və 91.25%.
"Sinovac"ın əsas üstünlükləri:
• sürətli immun cavab reaksiyası;
• öldürülmüş virus hissəciklərindən istifadə olunması (digər vaksinlərdə organizmə virusdan götürülmüş kodlar yeridilir. Bunun gələcəkdə daha hansı xəstəliklərə səbəb olacağı hələlik məlum deyil);
• daha çox ölkədə kliniki testdən uğurlu şəkildə çıxması;
• soyuducuda 2-8 dərəcə temperaturda saxlanıla bilməsi daşınmasını asanlaşdırır ("Pfizer" vaksini -70 dərəcədə saxlanılmalıdır);
Sifariş edən ölkələr
Çinin verdiyi məlumata görə, 100-dən çox ölkə - Türkiyə, İndoneziya, Braziliya, Çili, Sinqapur, Malayziya, Filippin, Ərəb Körfəzi və bir çox diqər dövlət "Sinovac" vaksinini sifariş ediblər. İstehsalçı "Sinopharm" şirkəti açıqlama verib ki, artıq 500 milyon doza vaksin istehsal olunub.
Diqqəti cəlb edən məqam odur ki, hazırda Çində gündəlik yoluxmaların sayı 20-30 nəfər arasındadır. Bu, dünya üzrə ən aşağı göstəricilərdən biridir.
Aslan Məmmədov