Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağlasızmaz oğurluq: ''Simvolik olaraq, bir banka saxladılar...''

Ağlasızmaz oğurluq: ''Simvolik olaraq, bir banka saxladılar...''

Tarix: 28 Dekabr 2020 17:56

Rustavinin Davit Qareci küçəsində yaşayan ailənin kompotları oğurlanıb.

Milli.Az xəbər verir ki, kompotlar yaşayış binasının 9-cu mərtəbəsində xüsusi düzülmüş rəfdə saxlanılırmış.

Adının açıqlanmasını istəməyən kompotların sahibi 35 ədəd 3 litrlik şaftalı və heyva kompotunun oğurlandığını söyləyib.

"Dəhlizdəki rəfdən kompotlar oğurlandı. Simvolik olaraq, bir banka saxlayıblar, deyəsən, bütün yayı çalışdığıma görə bu bir bankanı dadına baxmağım üçün saxlayıblar. Qısası, heç olmasa bankalarımı geri qaytarsın", - Kompot sahibi deyib. (publika.az)

Milli.Az


Etiketlər:  Ağlasızmaz oğurluq Simvolik olaraq banka saxladılar


RƏYLƏR