Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 19:40
Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Sonxeber.net-a verilən məlumata görə, Xaçmaz RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman rayon ərazisində karantin qaydaları pozaraq gizli şəkildə fəaliyyət göstərən gözəllik salonu aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən obyektin fəaliyyəti dayandırılıb və salonda çalışan 4 işçi barədə inzibati qaydada tədbirlər görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.