Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 21:15
Bakı. Trend:
Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.
Trend xəbər verir ki, bu barədə B.Bağırzadə özünün "İnstagram" səhifəsində məlumat verib.
Onun sözlərinə görə, 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.
B.Bağırzadə anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib: "Hansı qan qrupuna aid olduğunuzun əhəmiyyəti yoxdur, əsas odur ki, bankın doldurulması üçün qan verilməlidir. Anamın adı - Tahirə Möhüb qızı Əfəndiyeva, doğum tarixi: 12.11.1946. Kimsə kömək etməyə hazırdırsa, onun adına qan versin".