Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 11:24
Bakı. Elçin Mehdiyev - Trend:
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası üçün xarici ekspertlərin də cəlb edilməsi ilə xüsusi dövlət proqramının layihəsi hazırlanır.
Trend-in məlumatına görə, bunu maliyyə naziri Milli Məclisin bu gün keçirilən iclasında deputatların təklif və rəylərinə və suallarına münasibət bildirərkən deyib.
Nazir bildirib ki, dövlət büdcəsinin müzakirələri zamanı deputatlar əsasən işğaldan azad edilmiş ərazilərin bərpası üçün vəsaitinin artırılması, bu istiqamətdə xaricdə olan soydaşlarımızın və digər maliyyə vəsaitlərinin cəlb edilməsi və idarə edilməsi mexanizmininin yaradılması, müdafiə xərcərinin artırılması, sosial müdafiənin gücləndirilməsi istiamətində əlavə maliyyənin ayrılması kimi təkliflər irəli sürdü.
S.Şərifov hazırda işğaldan azad edilmiş ərazilərdə bərpa işləri üçün xüsusi dövlət proqram layihəsi üzərində iş aparılır. O bildirib ki, bütün bu işlər başa çatdıqdan sonra işin maliyyə tutumu, xaricdən maliyyə vısaitlərinin cəlb edilməsi və digər məsələlər dəqiqləşdiriləcək.