Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Belarusda kütləvi peyvəndlənmə başladı

Belarusda kütləvi peyvəndlənmə başladı

Tarix: 29 Dekabr 2020 12:56

Belarusda Rusiya istehsalı "Sputnik V" preparatı ilə əhalinin koronavirusa qarşı kütləvi peyvəndlənməsinə başlanılıb.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Birbaşa İnvestisiya Fondu (RDIF) açıqlama yayıb.

Peyvəndin ilk partiyasının bu gün Belarusa gətirildiyi bildirilib.

"Belarus Səhiyyə Nazirliyi, Rusiya Federasiyası Səhiyyə Nazirliyi və Rusiya Birbaşa İnvestisiya Fondu Belarus əhalisinin "Sputnik V" preparatı ilə koronavirusa qarşı kütləvi peyvəndlənməyə başladığını elan etdi",- deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, Belarus Rusiyadan sonra "Sputnik V"ni rəsmi olaraq qeydiyyata alan ilk dövlət olub.

Xatırladaq ki daha əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusa inannmadığını və peyvənd olunmayacağını açıqlamışdı.


Etiketlər:  Belarusda kütləvi peyvəndlənmə başladı


RƏYLƏR