Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 17:54
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidzenin koronavirusa yoluxduğu təsdiqlənib.
Sonxeber.net xəbər verir ki, bu barədə mərkəzdən bildirilib.
Qeyd olunub ki, A.Qamkrelidze özünü yaxşı hiss edir və xəstəliyi simptomsuz keçirir.
Baş epidemioloqun COVID-19-a yoluxan şəxslə təmasda olduğu bildirilib. /medicina.az