Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı 563 mindən çox artıb

Tarix: 31 Dekabr 2020 00:46

Bakı. Trend:

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 563 mindən çox artıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 563 983 nəfər yeni koronavirusa yoluxub, 11 784 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 80 773 033, ölənlərin isə 1 783 619 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.


Etiketlər:  ÜST Dünyada koronavirusa yoluxanların sayı mindən çox artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ