Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyev: Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi

Prezident İlham Əliyev: Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi

Tarix: 31 Dekabr 2020 15:24

Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Türkiyənin milli müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib:

"Vətən müharibəsi Türkiyə-Azərbaycan əlaqələrini daha da möhkəmləndirdi və sizin iştirakınızla, əziz qardaşımın iştirakı ilə keçirilmiş hərbi parad bunu bir daha göstərdi. Siz gördünüz ki, bu nə qədər böyük sevincə, coşquya səbəb oldu, on minlərlə, yüz minlərlə insan küçələrə axışdı və bizim Azərbaycan və türk əsgərlərini qarşıladı. Bu, bizim birliyimizin nümunəsidir. Paradı seyr edərkən iki il öncəki parad da yadımıza düşdü. O vaxt biz Bakının azad edilməsində Nuru paşa ordusunun, Qafqaz İslam Ordusunun qəhrəmanlığını qeyd etmişdik. Bu dəfə isə Qarabağın azad edilməsini qeyd etmişik. Yenə də bərabərik və əbədi də bir yerdə olacağıq".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyev Vətən müharibəsi Türkiyə Azərbaycan əlaqələrini daha möhkəmləndirdi


RƏYLƏR