Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 19:54
ABŞ-da İsrailə casusluğunda günahlandırılan keçmi Hərbi Dəniz Donanması analitiki Conatan Pollard həyat yoldaşı Ester ilə bərabər 35 ildən sonra Tel-Əvivə gedib.
İsrailin Baş naziri Binyamin Netanyahu onları İsrail şəxsiyyət vəsiqəsi ilə təyyarədə qarşılayıb.
30 il ABŞ həbsxanasında cəzasını şəkən Pollard ABŞ-ın ölkəni tərk etməsinə icazə verməsindən beş il əvvəl şərti azadlıqda idi.
Conatan və Ester Pollardlar İsrailə amerikalı milyarder Şeldon Adelsona məxsus xüsusi bir təyyarə ilə gedib. Yerə endikdən sonra Pollard diz çökərək torpağı öpüb və hal-hazırda xərçəng müalicəsi alan həyat yoldaşına da bunu edə bilməsi üçün yardım göstərib.
İsrailin Baş naziri Benjamin Netanyahu Pollardla salamlaşarkən onlara "evdəsiniz" deyərək duyğulanıb. Baş nazir bunun onun üçün emosional bir an olduğunu deyib və daha sonra məhkumları azad edən Allaha şükür etdiyini bildirib.
Pollard İsraildə olmaqdan məmnunluğunu dilə gətirib və Netanyahuya təşəkkürürünü bildirib.
O, həyat yoldaşı ilə birlikdə İsraillə fəxr etdiklərini və bu ölkənin vətəndaşlarının tez bir zamanda sürətlə məhsuldar şəkildə həyatlarını davam etdirəcəyini ümid etdiklərini deyib. Pollard İsrailin böyük bir gələcəyi olan ecazkar bir ölkə olduğunu vurğulayıb.
O, yəhudi xalqının gələcəyi olduğunu və həyat yoldaşı ilə heç yerə getməyəcəyini deyib.
Pollard 1985-ci ildə ABŞ dəniz kəşfiyyatı mütəxəssisi kimi əldə edə bildiyi yüzlərlə gizli sənədi İsrailə ötürdüyü üçün ABŞ-da həbs edilmişdi.
Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) hesabatına görə, sənədlərin əksəriyyəti Yaxın Şərqdəki ərəb dövlətləri və o vaxt Sovet İttifaqı ərazilərindən aldıqları hərbi dəstəklə əlaqəli idi.
CIA-in hesabatında bildirilib ki, Pollard "ABŞ-ın kəşfiyyat və xarici siyasət maraqlarını əhəmiyyətli dərəcədə riskə atıb".
Bir çox israilli Pollardın müttəfiqi İsrail üçün casusluq etdiyinə görə Sovet İttifaqına casusluq etmiş digərlərindən daha sərt bir cəza aldığını deyir.
Pollard bunu İsraili dəstəkləmək üçün etdiyini, ancaq məlumat üçün ona pul verildiyini bildirib. O, şərti olaraq sərbəst buraxılmazdan əvvəl 30 il ömürlük həbs cəzası çəkib.
Beş ildir ki, ayağına monitor taxmaq məcburiyyətində qalan Pollardın ABŞ-dan çıxmasına icazə verilməməsi şərti bir ay əvvəl sona çatıb.
İsraildə çoxları onun sərbəst buraxılmasını alqışlayıb.
Pollard və həyat yoldaşı İsraildəki mövcud qaydalara görə iki həftə karantinə alındıqları üçün Qüdsdə bir mənzildə qalacaq.