Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Dekabr 2020 23:08
Danimarka hökuməti sərt lokdaunu yanvarın 17-dək uzatmaq qərarına gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, qərarın qəbul edilməsi hökumətin ölkə ərazisində COVID-19-un yayılmasını məhdudlaşdırmaq niyyətindən irəli gəlir.
Məhdudlaşdırıcı tədbirlərin uzadılması nəticəsində məktəblər, ticarət mərkəzləri, restoranlar, teatrlar və digər ictimai obyektlər bağlı qalacaq. Ölkədə məhdudiyyətlər digər sahələrə də tətbiq edilir.
Məhdudiyyətlərə baxmayaraq, bu ay ərzində Danimarkada koronavirusa yoluxanların və bu xəstəlikdən ölənlərin sayında artım müşahidə edilib. Son məlumatlara görə, ölkədə ümumilikdə 158 min 447 COVID-19-a yoluxma faktı qeydə alınıb, 1226 nəfər isə, həyatını itirib.