Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Yanvar 2021 09:51
Ermənistan və Azərbaycan arasındakı sərhədlərin demarkasiyası və delimitasiyası zamanı Azərbaycanın Laçın rayonunun uzunmüddətli erməni işğalından azad edilməsindən sonra, tarixi Zəngəzur (sonradan adı dəyişdirilərək Sünik adlandırıldı) rayonundakı bəzi bölgələr Azərbaycan tərəfinə verildi.
Sonxeber.net bildirir ki, Sputnik Ermənistan yazır ki, xüsusən də Şurnux kəndində, ilkin məlumatlara görə, kənddəki və ona bitişik ərazilərdəki 12 ev azərbaycanlılara qaytarılır.
Vorotan kəndində - 12 bina və əkinçilik sahəsi. David Bek icmasının torpaqlarının da əsas hissəsi Azərbaycana qaytarılır. Ermənistan həmçinin Syunik rayonunun Karaunj kəndindəki 30 hektar ərazini və onun ərazisində yerləşən hidroelektrik stansiyanı da Azərbaycana qaytaracaq.
Bundan əlavə, Gorus - Qafan, Qafan - Çakaten avtomobil yolunun hissələri Azərbaycanın nəzarəti altına keçir. Qafandan Ağarak kəndinə gedən əsas yoldan keçid tamamilə bağlanır.
Qeyd edək ki, bu ərazilər Ermənistan SSR-in keçmiş sərhədlərindən kənarda Azərbaycanın Zəngilan və Laçın rayonlarındadır. Yəni, Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.
Aslan Məmmədov