Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Yanvar 2021 06:28
Bakı. Trend:
Tunis Sahil Mühafizəsi Sfaks şəhərindən bir neçə kilometr məsafədə açıq dənizdə batan qayıqda olan 22 qanunsuz miqrantı xilas edilib.
Trend-in məlumatına görə, bu barədə Business News informasiya portalı bildirib.
Məlumata əsasən, fərqli Afrika ölkələrindən olan miqrantlar Aralıq dənizini keçib İtaliya ərazisinə qanunsuz olaraq girmək üçün Sfaks sahillərindən yola çıxdılar. Lakin sahildən bir neçə kilometr məsafədə qayığa su sızmağa başladı və batmağa başladı.
Saxlanılqıdan sonra miqrantlar Sfaks şəhərinə çatdırılıb və əlavə araşdırmalar üçün Tunis Milli Qvardiyasına təhvil veriliblər.