Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı

Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı

Tarix: 2 Yanvar 2021 22:57

Azərbaycan Ordusunun hərbçiləri Ermənistanın Sünik (Zəngəzur) vilayətindəki Şurnux kəndinin bir hissəsinə nəzarəti ələ alıblar.

Sonxeber.net "Sputnik Armeniya"ya istinadən bildirir ki, bunu kəndin icra nümayəndəsi Hakop Arşakyan deyib.

"Hər şeyi bitdi. Azərbaycanlılar, ruslar, sərhədçilərimiz gəldilər. Yanvarın 5-nədək son vaxt verdilər. Kəndin ortasında postlar qoyacaqlar", - H.Arşakyant deyib.

Kənddəki 12 ev Azərbaycanın nəzarətinlədir. Azərbaycanlı hərbçilər və rusiyalı sərhədçilər sabiq SSRİ Baş Qərargahını xəritəsinə istinad edirlər.

Şurnux kəndinin sözügedən hissəsi Ermənistan SSR-nin sabiq sərhədlərindən kənarda, Zəngilan rayonunu ərazisində yerləşir.

Azərbaycan suveren ərazisi üzərində nəzarəti bərpa edir.


Etiketlər:  Zəngəzurun Şurnux kəndi Azərbaycana qaytarıldı


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ