Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 16:20
Türkiyənin təhlükəsizlik qüvvələri Ankarada İŞİD terror təşkilatına xüsusi antiterror əməliyyatı keçiriblər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, İŞİD-in üzvü, bu terror təşkilatını üçün partlayıcıları avtomobillərə yerləşdirmək kimi təhlükəli işlər görən "İbrahim" ləqəbli terrorçunun Türkiyənin paytaxtına gəldiyi müəyyən edilib və o, Ankarada yaxalanıb. Bildirilir ki, "İbrahim" ləqəbli terrorçunun İraqdakı münaqişə bölgələrində olması, eləcə də avtomat silahdan təlim gördüyünə dair fotolar müəyyən edilib. Faktla bağlı istintaq aparılır.