Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Yanvar 2021 18:00
Bakı. Trend:
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 803 yeni yoluxma faktı qeydə alınıb, 2 918 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 30 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 220 265 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 194 843 nəfər müalicə olunaraq sağalıb, 2 733 nəfər vəfat edib, aktiv xəstə sayı 22 689 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 200, ötən müddət ərzində isə ümumilikdə 2 210 926 test aparılıb.