Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edildi

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edildi

Tarix: 4 Yanvar 2021 12:36

Prezident İlham Əliyev Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilsin:

Mikayıl Cabbarov - Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Muxtar Babayev - Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Rövşən Rzayev - Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Tural Gəncəliyev - Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fatma Yıldırım - Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Fərhad Bədəlbəyli - Bakı Musiqi Akademiyasının rektoru

Ədalət Muradov - Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru

Kamal Abdulla - Azərbaycan Dillər Universitetinin rektoru

Alim Qasımov - Azərbaycan Respublikasının Xalq artisti.


Etiketlər:  Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi təsdiq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ