Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 13:52
Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfərin nəticəsi olaraq öz azadlığına qovuşan yurd yerlərinə hazırlaşanlar sırasında şuşalılar da var. Onlardan biri də Şuşanın Zağıslı kənd sakini Mürsəl Əzimovdur.
Sonxeber.net-ın məlumatına görə, doğma torpaqlarına qayıtmağa hazırlaşan Mürsəl kişi dövlət qayğısının bir təzahürü olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb edilib. Proqram çərçivəsində ona iki baş inək verilib və o, bu dəstək sayəsində kiçik ailə biznesini qurub.
Mürsəl kişi bu kiçik biznesini Şuşaya aparacağını və doğma yurdlarında daha da genişləndirəcəyini söyləyir.
Dövlətin dəstəyini hər zaman hiss etdiyini deyən Şuşa sakini onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağli videomateriali təqdim edir: