Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Yanvar 2021 23:28
Zəngəzur rayonunun Şurnux kəndinin sakinləri evlərini yandırırlar. Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, yanvarın 4-də Şurnux kənd sakini Ararat Agabekyan tərəfindən bir video yayımlandı.
Kənd sakini səlahiyyətlilərin davranışının buna səbəb olduğunu qeyd etdi.
"Nikol, budur Şurnux sakinindən Yeni il hədiyyəsi. Bu, müvəqqətidir. Evimi yenidən tikəcəyəm. Növbə ilə yandıracağıq, Nikol, və səni ən böyük odda yandıracağıq. Sən qoşunları məhv etdin, insanları məhv etdin, sənə lənət etməyi öyrətdin, ev yandırmağı öyrətdin. Nikol, sən də bu atəşdə yandırılmalı idin, səbəb sənsən", - dedi kənd sakini.
Diqqətinizə bu videonu təqdim edirik.
Aslan Məmmədov