Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib

Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib

Tarix: 5 Yanvar 2021 12:28

Bakı. Trend:

“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dekabr ayı üçün tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin tabeliyində olan tibb müəssisələri üzrə 1 650 tibb işçisinə 1,5 mln manat məbləğində müddətli əlavə ödənilib. Həmin işçilərin əmək haqlarına müddətli əlavələr iş vaxtına mütənasib olaraq verilib.


Etiketlər:  Koronavirusla mübarizə aparan tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr ödənilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ