Tarix: 15 Iyul 2019 12:48
"Şadam ki, qələbə qazandıq. Bunu çətinliklə əldə etdik. Ancaq 1:0 hesabındansa 3:2 daha yaxşıdır".
Qol.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Səbail"in rəqibi olan "Universitatya"nın (Krayova) baş məşqçisi Korneliu Papure Rumıniya çempionatında yeni mövsümün ilk turunda "Buftea"ya qalib gəldikləri oyundan (3:2) sonra mətbuat konfransında deyib.
O, "Səbail"lə Krayovada keçiriləcək cavab matçı barədə də danışıb. Qeyd edib ki, rəqib onlara sürpriz edə bilər: "Səbail"lə ilk oyunumuz çətin oldu. Rəqibimiz müdafiədən oynayan komandadır. Əlbəttə, biz Avroliqa oyununa çox ehtiyyatla yanaşırıq. Bakıdakı matçdan sonra da demişdim ki, hələ heç nə həll olunmayıb. İlk oyundakı kimi yaxşı hazırlaşmalıyıq. Diqqətli olmasaq, rəqib bizə sürpriz yaşada bilər".
Xatırladaq ki, Bakıda keçirilən ilk oyunda "Səbail"i 3:2 hesabı ilə məğlub edən "Universitatya" iyulun 18-də rəqibini öz meydanında qəbul edəcək.