Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 14:40
Bakı. Samir Əli - Trend:
Döyüş başlayanda Şuşada yaralandım. 2 gün yaralı qaldım, əsir düşdüm.
Trend-in məlumatına görə, bunu erməni əsirliyindən qaytarılan Azərbaycan əsgəri Bayram Kərimov deyib.
O bildirib ki, Şuşada əsir götürülərkən huşunu itirib: "Gözümü açanda gördüm ki, Ermənistandayam. Ayağıma iynə batırırdılar. Dəhşətli işgəncələr verirdilər mənə. Heç nəyə baxmırdılar. Yaralı olsam da, dəhşətli işgəncə verirdilər. Prezident İlham Əliyevə dərin minnətdarlığımı bildirirəm ki, məni ailəmə, vətənimə qaytardı".