Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 15:44
ABŞ Çin şirkətlərini bazardan çıxarmağa başlayıb.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Nyu-York birjaları ilkin olaraq 3 Çin şirkətini birja siyahısından çıxarmağa qərar verib.
"China Telecom", "China Mobile" və "China Unicom Hong Kong" şirkətləri siyahıdan çıxarılıb. Çinin Ticarət Nazirliyi isə qərar etiraz edərək şirkətlərin hüquqlarının müdafiəsinə qalxacaqlarını bəyan edib.
Qərarın Donald Trampın təlimatı ilə verildiyi bildirilir. Belə ki, Donald Tramp 12 noyabr 2020-ci ildə Çin ordusunun hissələrinə sahib olduğu şirkətlərin ölkə ərazisində fəaliyyətini yasaqlamışdı.
Çinin Ticarət Nazirliyi isə qərar etiraz edərək şirkətlərin hüquqlarının müdafiəsinə qalxacaqlarını bəyan etmişdi.