Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 16:54
İngiltərənin "Arsenal" klubunun futbolçusu Vilyam Salib karyerasını Fransada davam etdirəcək.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, müdafiəçi "Nitsa"ya icarəyə verilib.
19 yaşlı müdafiəçi mövsümün sonunadək Liqa1 təmsilçisinin şərəfini qoruyacaq. Anlaşmada Salibin sonradan transfer olunması hüququnun nitsalılara verilməsi nəzərdə tutulmayıb.
Qeyd edək ki, 2019-cu ilin yayında "Sent-Etyenn"dən 30 milyon avroya transfer olunan futbolçu cari mövsüm meydana çıxmayıb.