Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 17:14
Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Radamel Falkao karyerasını ABŞ-da davam etdirməyə hazırlaşır.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, 34 yaşlı forvard "İnter Mayami" klubu ilə anlaşıb.
Kolumbiya millisinin üzvünün son addımı bu keçidin yaxın müddətdə reallaşacağından xəbər verir. O, instaqram səhifəsində "Qalatasaray"da çıxış etdiyinə dair bildirişi silib, həmçinin "İnter Mayami"ni izləməyə başlayıb. Bu isə yerli mətbuatın diqqətindən qaçmayıb.
Qeyd edək ki, bu mövsüm 9 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Radamel Falkaonun yüksək məvacibi səbəbindən "Qalatasaray" onu transferə çıxarıb.