Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 17:44
Böyük Britaniyanın Baş naziri Boris Conson yanvar ayının sonunda Hindistana planlaşdırılan səfərini təxirə salıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb.
"Bu gün səhər Baş nazir Boris Consonun hindistanlı həmkarı Narendra Modi ilə telefon danışığı baş tutub. Boris Conson yanvar ayının sonunda Hindistana planlaşdırılan səfərinin baş tutmayacağı barədə təəssüf hissi ilə Narendra Modiyə məlumat verdi", - deyə bildirilib.
Böyük Britaniyada tətbiq olunan karantinlə əlaqədar olaraq və koronavirusun yayılma sürətini nəzərə alaraq Baş nazirin xəstəliyə qarşı mübarizə səylərinə rəhbərlik etməsi üçün ölkədə qalmasının vacibliyi vurğulanıb.