Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 18:02
Çadda Türkiyədə ali təhsil almış şəxs prezidentliyə namizəd olub.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Malum Yobide Ceraki Çadda prezidentliyə namizədliyini irəli sürüb.
Ceraki Türkiyənin Trakya Universitetində ali təhsil alıb. 2000-ci ildə ali məktəbi bitirən Cerakinin ixtisası gömrükçülükdür. Ceraki, həmçinin öz siyasi partiyasını da qurub. Namizədliyi həmin Demokratik və Sosialist Dəyişim Partiyasından irəli sürülüb.
Trakya Universitetinin rektoru Erhan Tabakoğlu da Cerakiyə seçkilərdə uğurlar və qələbə arzu edib.