Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanda nəqliyyat xidmətləri yanacaq qiyməti siyasətindən asılı deyil - Ekspert

Azərbaycanda nəqliyyat xidmətləri yanacaq qiyməti siyasətindən asılı deyil - Ekspert

Tarix: 5 Yanvar 2021 18:51

Bakı. Fidan Babayeva - Trend:

Azərbaycanda yanacaq qiymətlərinin artması nəqliyyatla bağlı xidmətlərə heç bir təsir göstərməyəcək.

Bunu Trend-ə avtoekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, cəmiyyətdə yanacağın bahalaşacağı təqdirdə hər şeyin bahalaşacağı barədə mübahisəli fikirlər yaranıb: “Bu cür açıqlamalar əsassızdır və təxribat xarakteri daşıyır. Yanacaqla yanaşı, digər məhsulların və xidmətlərin bahalaşması absurddur”.

Eyni zamanda, ekspert bildirib ki, sahibkarlar tərəfindən qiymətlərin süni şəkildə artırılması Azərbaycan qanunvericiliyinə ziddir:

“Yanacaq qiymətlərinin artması taksi xidmətinə və ümumilikdə nəqliyyat xidmətlərinə təsir göstərməməlidir, bu cür cəhdlərin qarşısı isə İqtisadiyyat Nazirliyi tərəfindən alınmalıdır”.


Etiketlər:  Azərbaycanda nəqliyyat xidmətləri yanacaq qiyməti siyasətindən asılı deyil Ekspert


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ