Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2021 23:18
Bu gün Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Qarabağın yaşayış məntəqələrində 1100-dən çox sakinə yardım etmiş sülhməramlı hərbi həkimlərin səyyar briqadaları barədə məlumatın başlığında texniki səhvə yol verilib.
Sonxeber.net BakuPost-a istinadən xəbər verir ki, başlıqda Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinin adı üç hərflə - "NKR" (yəni "dqr") şəklində verilmişdi.
Bir müddətdən sonra texniki səhv düzəldirilib və sülhməramlı həkimlərin Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki sakinlərinə yardım göstərdiyi qeyd olunub.