Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniyada karantin 31 yanvar tarixinə qədər uzadıldı

Almaniyada karantin 31 yanvar tarixinə qədər uzadıldı

Tarix: 6 Yanvar 2021 01:12

Bakı. Trend:

Almaniya hökuməti 16 dekabrda qüvvəyə minən məhdudlaşdırıcı tədbirləri yanvar ayının sonuna qədər uzadır.

Trend TASS-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel bu barədə regional hakimiyyət başçıları ilə görüşdən sonra bildirib.

"Dekabr ayında qəbul olunan qərarların müddətini 31 yanvar tarixinə qədər uzatmaq istəyirik" - kansler deyib. O qeyd edib ki, növbəti iclas 25 yanvarda keçiriləcək.

Merkel səlahiyyətlilərin yeni təzminat proqramı üzərində çalışdıqlarını bildirib: "Kafe və restoranların nə qədər itki verdiyini bilirik".

Merkelin sözlərinə görə, böhran bölgələrindən gələn vətəndaşlar "koronavirus üçün ikiqat testdən" keçməli olacaqlar. Hava limanında edilən testin cavabının mənfi olduğu halda belə, vətəndaşlar beş günlük karantində olmalı və bundan sonra yenidən test etməlidirlər.


Etiketlər:  Almaniyada karantin yanvar tarixinə qədər uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ