Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVİD-19-un yeni növü qonşularımıza da çatdı - Azərbaycanda vəziyyət necədir?

COVİD-19-un yeni növü qonşularımıza da çatdı - Azərbaycanda vəziyyət necədir?

Tarix: 6 Yanvar 2021 10:36

Bakı. Ceyhun Ələkbərov - Trend:

COVİD-19-un ilk dəfə Böyük Britaniyada rast gəlinən mutasiyaya uğramış növü artıq qonşu ölkələr - Gürcüstan və İranda da aşkar olunub. "Britaniya ştammı" adlanan yeni növ virus digər viruslara nisbətən daha sürətli yoluxma qabiliyyətinə malikdir.

Azərbaycanda isə hələlik COVİD-19-un yeni formasına yoluxma halı qeydə alınmayıb.

Trend-in məlumatına görə, bunu baş infeksionist Təyyar Eyvazov bildirib. Onun sözlərinə görə, ölkədə hələlik belə bir təhlükə yoxdur:

“Elmi dəlillərə əsasən belə bir təhlükə ölkədə yoxdur, bunlar kiçik mutasiyalardır. Hesab edirik ki, tətbiq olunacaq vaksin bu cür yeni virusların qarşısını almaqda effektiv olacaq”.

T.Eyvazov əlavə edib ki, son günlər aparılan test sayına görə cavabları pozitiv çıxanların sayında da əhəmiyyətli dəyişikliklər var: “Son günlər bu rəqəm 10 faiz ətrafındadır, ancaq infeksiyanın yüksək yayılma dövründə bu 25-27 faizə qədər çatırdı”.


Etiketlər:  COVİD yeni növü qonşularımıza çatdı Azərbaycanda vəziyyət necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ