Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azıx mağarasında mədəni təbəqəni konservasiya edib saxlamaq daha məqsədə uyğundur - Professor

Azıx mağarasında mədəni təbəqəni konservasiya edib saxlamaq daha məqsədə uyğundur - Professor

Tarix: 6 Yanvar 2021 15:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Azıx mağarasında yenidən tədqiqatlar aparılmalıdır, ancaq heç bir halda orada qalan mədəni təbəqənin hamısının qazılmasına heç kimin ixtiyarı yoxdur, bu arxioloji elmin qanunudur.

Bunu Trend-ə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyibli deyib. Onun sözlərinə görə, ərazilər minalardan təmizləndikdən, insan həyatı üçün təhlükə aradan qaldırıldıqdan sonra və mülki vətəndaşları o cümlədən alimlərin işğaldan azad olunmuş ərazilərə icazə verilərsə, nəyinki Azıx mağarasında, ümumiyyətlə o ərazilərdə hər yerində arxioloji tətqiqat işlərin aparılması planlaşdırılır:

“Azıx mağarasının içində 100 min illər boyu yaşayış davam etidyindən, orada mədəni təbəqə əmələ gəlib. Yəni süni olaraq insan fəaliyyəti nəticəsində əmələ gəlmiş bir təbəqə. Onların Sovet dövründə xeyli xeyli bir hissəsi tədqiq edilib. Hazırda isə çox az hissəsi qalıbdır.

Mağaraya gedib baxdıqdan sonra bilmək olar ki, orada bundan sonra nələr etmək olar. Ancaq ilk öncə aradşırmaq lazımdır, ola bilsin ki, kiçik bir hissədə yenidən tədqiqat aparılar, amma bötövlükdə orada qalan mədəni təbəqənin qazılamsına heç kimin ixtiyarı yoxdur”.

Professor qeyd edib ki, tapıntı qəbirdisə o qazılıb götürülür, yox həmin ərazidə yaşayış olubsa, onun təqribən 30-40 faizi qazılır, qalan hissəi təbii olaraq saxlanılır:

“Gələcək nəsil 50 ildən sonra elə elm dərəcəsinə inkişa edə bilər ki, yeni texnologiyalarla orada tədqiqatları hazırkından qat-qat daha yaxşı apara bilər. Ona görə də, mədəni təbəqə yalnız konservasiya edilib saxlamaq daha məqsədə uyğundur”.

N.Müseyibli əlavə edib ki, mağaranın yerləşdiyi bölgənin özü potensial turizm məkanıdır, mağara və oradan çıxan qədim alətlər gələcəkdə oraya axın edən insanlara təqdim edilər bilər:

“Mağara təbii bir mağaradır və poliolit dövrünə aiddir. Həmin dövrüdə optidai məskunlaşan insanlardan qalan daş alətlər var ki, onları bütün dünyaya nümayış etdirmək olar. Oraya gələn adamlara tariximiz haqda bəhz edib, göstərmək olar”.


Etiketlər:  Azıx mağarasında mədəni təbəqəni konservasiya edib saxlamaq daha məqsədə uyğundur Professor


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ