Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni təcavüzündən zərər çəkmiş Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı - FOTO

Erməni təcavüzündən zərər çəkmiş Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı - FOTO

Tarix: 6 Yanvar 2021 15:56

2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Gəncəyə təcavüzü nəticəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsinə başlanılıb.

Bu barədə Sonxeber.net-a Gəncə şəhər İcra hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bunun üçün Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəymiş vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılıb. Plastik kartlar vətəndaşlara təqdim olunub.

Xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafənin gözlənilməsinə polis və Daxili Qoşunların əməkdaşları nəzarət ediblər.

Qeyd edək ki, Ermənistanın təcavüzü nəticəsində ölkə üzrə mülki əhaliyə dəymiş ziyanın ödənilməsi üçün ilkin olaraq 9 068 128 manat ayrılıb.

Xatırladaq ki, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən 4,5,8,11,17 oktyabr tarixlərində bir neçə dəfə raket atəşinə tutulub. Nəticədə 26 mülki şəxs həlak olub, 120-dən artıq vətəndaş yaralanıb.


Etiketlər:  Erməni təcavüzündən zərər çəkmiş Gəncə sakinlərinə kompensasiyalar verilməyə başlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ