Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2021 18:44
Texasdan olan amerikalı konqresmen Kevin Breydi "Pfizer/BioNTech" vaksini vurdurduqdan sonra koronavirus testinin cavabı müsbət çıxıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, peyvəndin ilk dozası dekabrın 18-də vurulub. Yanvarın birində o, testdən keçib. Cavab mənfi olsa da, bir müddət sonra o, özünü pis hiss edib.
Təkrar testin nəticəsi isə müsbət olub.
"Pfizer/BioNTech" preparatı hazırda Avropa İttifaqı tərəfindən COVID-19 üçün təsdiqlənmiş yeganə peyvənddir.
ABŞ-da bundan başqa "Moderna" peyvəndinin istifadəsinə də icazə verilir.
Bu peyvəndlərin hər ikisi ikikomponentlidir.