Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Cinema Radio” layihəsinə start verilir

“Cinema Radio” layihəsinə start verilir

Tarix: 15 Iyul 2019 16:30

Bakı. Trend:

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Avto FM radiosunun dəstəyi ilə “AzerNyuMedia” Şirkəti “Cinema Radio” layihəsinin istehsalına və yayımına başlayır.

Bu barədə Trend Mədəniyyət Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, hər həftənin şənbə günü saat 15.00-dan 16.00-dək yayımlanacaq radio veriliş dünyada və yerli kino bazarında baş verən ən son yenilikləri təqdim edəcək, həftənin kino hadisəsi qonaqlarla müzakirə olunacaq.

Məlumat üçün bildirək ki, veriliş bir neçə rubrikadan ibarət olacaq. Dinləyicilər kinoviktorinanın suallarını cavablandırmaqla hədiyyələrə sahib olacaqlar. Verilişin aparıcısı tanınmış dj Yaqut Gözəlovadır.

Radio layihənin tərəfdaşı “CinemaPlus” kinoteatrlar şəbəkəsidir.


Etiketlər:  Cinema Radio layihəsinə start verilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ