Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ konqresi qarşısında etirazlar zamanı dörd nəfər ölüb

ABŞ konqresi qarşısında etirazlar zamanı dörd nəfər ölüb

Tarix: 7 Yanvar 2021 09:04

Bakı. Trend:

Vaşinqton hakimiyyəti ABŞ Konqresi qarşısında etiraz aksiyaları zamanı ümumilikdə dörd nəfərin öldüyünü təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə mətbuat konfransında paytaxt polisinin rəhbəri Robert Konti deyib.

O, Konqres binasında bir qadının güllə yarasından öldüyünü təsdiqləyib və ölümlərin konkret səbəblərini göstərmədən üç nəfərin də öldüyünü bildirib:

"Bundan əlavə, bu gün ABŞ Konqresi Binası ətrafındakı ərazidə daha üç nəfər öldü: bir qadın və iki kişi ölümlərinə səbəb olan tibbi xarakter daşıyan müxtəlif təcili hadisələr baş verib".


Etiketlər:  ABŞ konqresi qarşısında etirazlar zamanı dörd nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ